Həmçinin bədəvi ərəblərdən Allaha və axirət gününə imanı olanlar və xərclədiklərini Allaha yaxınlaşmaq amili və Onun Peyğəmbərinin duaları(nın onlara şamil edilməsi vasitəsi) hesab edənlər vardır. (Yaxud: Onlar xərclədiklərini və Peyğəmbərin (onların haqqında etdiyi) dualarını Allaha yaxınlaşmaq amili hesab edirlər.) Bilin ki, o (xərclədikləri şeylər və Peyğəmbərin duaları) onların (Allaha) yaxınlaşma amilidir. Allah tezliklə onları Öz mərhəmətinə (mərhəmətinin pənahına) daxil edəcəkdir. Həqiqətən Allah çox bağışlayan və mehribandır.