Səndən «ənfal» (bu ayənin nazil edilməsinə səbəb olan döyüş qənimətləri də nümunələrindən biri olan müxtəlif adlı çoxlu ümumi mallar) barəsində soruşurlar, de: «Ənfal» Allaha və Onun Peyğəmbərinə məxsusdur (onların həqiqi sahibi Allah, şərti sahibi isə Onun nümayəndəsi olaraq Peyğəmbərdir). Odur ki, Allahdan qorxun, aralarınızdakı əlaqələri düzəldin (və «ənfal» üstündə mübahisə və dava-dalaş etməyin) və əgər möminsinizsə, Allaha və Onun Peyğəmbərinə itaət edin».