Əlif, Lam, Ra. (Mən hər şeyi görən Allaham. Mənim kitabım həmin bu hərflərdən təşkil olunmuşdur, amma eyni zamanda möcüzədir. Mənim kitabımın «möhkəm» və bu cür «mütəşabih» ayələri vardır. Bu hərflər Allahla Onun peyğəmbəri Muhəmməd – səlləllahu əleyhi və alihi və səlləm – arasında rəmzlərdir.) Bu surə hikmət öyrədən kitabın ayələridir. (Quranın, ya Lövhi-Məhfuzun ayələridir ki, elmlərə, şəri hökmlərə və əqli bilgilərə malikdir.)