(Siz kafir və münafiqlər) sizdən qabaq olmuş və qüdrətləri sizdən daha artıq və malları, övladları sizdən daha çox olmuş kəslər kimisiniz. Beləliklə onlar öz (dünya) paylarından bəhrələndilər. Sizdən qabaqkılar öz paylarından bəhrələndikləri kimi siz də öz payınızdan bəhrələndiniz və onlar (günah və nəfsi istəklərə) batdıqları kimi siz də batdınız. Onların (xeyir) əməlləri dünyada və axirətdə batil və puç oldu (dünyada yaxşı addan, müsəlmanların duasından və qeyb köməklərindən, axirətdə isə gözəl mükafatlardan məhrum oldular). Onlardır ziyana uğrayanlar!