(Yəhudilər və xristianlar kimi səmavi) kitab verilmiş kəslərin Allaha və axirət gününə iman gətirməyən (çünki, onların etiqad bəslədikləri Allah və məad, həqiqi Allah və məad deyildir), Allahın və Onun Peyğəmbərinin (Muhəmmədin – səllallahu əleyhi və alihi və səlləm – Quranda, Musa və İsanın da «Əhdi-ətiq» və «Əhdi-cədid»də şərab, donuz əti, rüşvət və sələm kimi) haram buyurduğunu haram hesab etməyən və haqq dinə (İslama) tabe olmayanları ilə onlar tam təslim və zillətlə öz əlləri ilə (İslam hökümətinin hakimiyyəti altında) cizyə ödəyincəyə qədər vuruşun.