Evində olduğu qadın mülayimlik və hiylə ilə ondan kam almaq istədi və (bu niyyətlə) qapıları möhkəm bağlayaraq dedi: «Tez ol, mən sənin üçün hazıram!» Yusuf dedi: «Allaha pənah! O (sənin ərin) mənim tərbiyəçimdir ki, yerimi yaxşı edib. (Və ya: O (Allah) mənim Rəbbimdir ki, məqamımı gözəl edib.) Şübhəsiz zalımlar heç vaxt nicat tapmazlar.»