Əlif, Lam, Mim, Ra. (Mən bilən və görən Allaham. Bu kitab həmin bu hərflərdən təşkil olunmuşdur, amma heç kəsin onun kimisini gətirmək qüdrəti yoxdur. Bu kitabın «möhkəm» və bu cür «mütəşabih» ayələri vardır. Bu hərflər Allahla Onun Peyğəmbəri arasında olan rəmzlərdir.) Bu (surədə olan) ayələr (cəmlənmiş) bu kitabın (və Quranın) ayələridir. (Və ya: (Aləmdə olan) bu (ayələr), bu (yaradılış) kitabın(ın və yaradılış aləminin) ayələridir.) Və Rəbbin tərəfindən sənə nazil olan haqdır, lakin insanların çoxu (bu ayələri eşitmələrinə və o ayələri görmələrinə baxmayaraq) iman gətirmirlər.