You are here: Home » Chapter 12 » Verse 100 » Translation
Sura 12
Aya 100
100
وَرَفَعَ أَبَوَيهِ عَلَى العَرشِ وَخَرّوا لَهُ سُجَّدًا ۖ وَقالَ يا أَبَتِ هٰذا تَأويلُ رُؤيايَ مِن قَبلُ قَد جَعَلَها رَبّي حَقًّا ۖ وَقَد أَحسَنَ بي إِذ أَخرَجَني مِنَ السِّجنِ وَجاءَ بِكُم مِنَ البَدوِ مِن بَعدِ أَن نَزَغَ الشَّيطانُ بَيني وَبَينَ إِخوَتي ۚ إِنَّ رَبّي لَطيفٌ لِما يَشاءُ ۚ إِنَّهُ هُوَ العَليمُ الحَكيمُ

Ağabala Mehdiyev

Və ata-anasını öz taxtına çıxartdı və (o, daxil olan zaman hamısı) onun qarşısında səcdəyə düşdülər. Və (Yusuf) dedi: «Ey ata, (bu səcdələr) mənim əvvəlki yuxumun yozumudur ki, Allah onu gerçəkləşdirdi. Doğrudan da O, məni zindandan çıxardan zaman və Şeytan mənimlə qardaşlarımın arasını vurduqdan sonra sizi səhradan (bura) gətirəndə mənə yaxşılıq etdi. Şübhəsiz, mənim Rəbbim istədiyi kəsə ehsan edən və hər bir çətin işi öz dəqiq və mütləq tədbiri ilə asanlaşdırandır. Həqiqətən (hər şeyi) bilən və hikmət sahibi yalnız Odur».