You are here: Home » Chapter 17 » Verse 105 » Translation
Sura 17
Aya 105
105
وَبِالحَقِّ أَنزَلناهُ وَبِالحَقِّ نَزَلَ ۗ وَما أَرسَلناكَ إِلّا مُبَشِّرًا وَنَذيرًا

Ağabala Mehdiyev

(Bu Quranı) haqq olaraq nazil etdik, haqq olaraq da nazil oldu (onun vəhy mənbəyindən çıxması haqq və uca bir məqsəd üçündür, nazil olması və qalması haqdır və o, hər bir səhv və təhrifdən uzaqdır). Biz səni (iman gətirənlər üçün) yalnız müjdə verən və (inkar edənləri) qorxudan göndərmişik (imamın vəzifələrindən olan icraya məmur və ya Allahın işlərindən olan cəzalandırmağa vəkil deyilsən).