Tezliklə bədəvi ərəblərdən (Hüdeybiyyədə səninlə birgə iştirak etməyib yerdə) qalanlar sənə deyəcəklər: «Mal-dövlət və ailələrimiz (onların qorunması) bizi (özünə) məşğul etdi. Odur ki, bizim üçün (Allahdan) bağışlanmaq dilə.» Onlar dilləri ilə qəlblərində olmayan şeyi deyirlər. De: «Əgər Allah sizə bir zərər və ya xeyir (vermək) istəsə Allahın qarşısında kim bir şeyə malikdir (və Onun istəyinin qarşısını ala bilər)?» Əksinə, Allah etdiklərinizdən həmişə (əzəldən) xəbərdardır.