(Onlar Quranı onun mənasını bilərək təkzib etmədilər,) əksinə, elmini bilmədikləri və yozumu (həqiqətlərinin aşkar olacağı gün – cahanşümul ədalət hökümətinin zahir olacağı və Qiyamət günü) hələ onlara gəlməmiş şeyi təkzib etdilər. Onlardan əvvəlkilər də (öz peyğəmbərlərini) belə təkzib etmişdilər. Buna görə də zalımların aqibətinin necə olduğuna bax!