Bu Quran Allahdan qeyrisi tərəfindən bir uydurma və yalan deyildir və (onun belə olması bir qayda olaraq və ağıl baxımından da qeyri-mümkündür) lakin özündən əvvəlkilərin (Tövrat və İncilin) təsdiq(ləyicis)i və hər bir (səmavi) kitabın şərhi və ətraflı izahıdır. Onda heç bir şəkk-şübhə yoxdur və aləmlərin Rəbbi tərəfindəndir.