De: «Mən öz Rəbbim tərəfindən (Quran və vəhy kimi) aşkar bir dəlilə əsaslanıram və siz onu təkzib etdiniz. Sizin tələsdiyiniz şey (səmavi əzab) mənim yanımda (əlimdə) deyildir. (Varlıq aləmində mütləq) hökm yalnız Allaha məxsusdur ki, haqqı bəyan edir və (onu nahaqdan) ayırır. O, (haqla batil arasında) hökm edənlərin və (onları bir-birindən) ayıranların ən yaxşısıdır.»