Əgər onların (sənin dəvətindən) üz döndərmələri sənə çətin və ağırdırsa, yerdə bir dəlik açıb, yaxud göyə (daxil ola bilmək üçün) bir nərdivan axtarıb onlar üçün (yerin və göyün dərinliklərindən başqa) bir nişanə və möcüzə gətirə bilsən (et bunu)! Əgər Allah istəsəydi, onların hamısını (məcbur surətdə, hətta iradə məcburiyyəti ilə olsa belə) hidayət yoluna toplayardı (lakin məcburi hidayətin təsiri yoxdur). Odur ki, əsla nadanlardan olma.