Onların bəzisi sənə qulaq asırlar. Biz (onların küfrlərinin cəzası olaraq eşitdiklərini) başa düşməmələri üçün qəlblərini pərdələrlə örtmüş və (haqq sözü eşitməsinlər deyə) qulaqlarında ağırlıq yaratmışıq. Əgər bütün ayə və nişanələri görsələr belə, yenə də iman gətirməyəcəklər. Hətta sənin yanına gəldikdə səninlə mübahisə edəcək və kafirlər «bu, (Quran) keçmişlərin əfsanələrindən başqa bir şey deyildir» deyəcəklər.