Yaxud «əgər bizə (səmavi) kitab nazil olsaydı, şübhəsiz, onlardan da artıq hidayət tapmış olardıq» deyəsiniz. Beləliklə, həqiqətən sizin üçün Rəbbiniz tərəfindən dəlil-sübut və hidayət və rəhmət amili gəlmişdir. Buna görə də kim Allahın ayələrini təkzib edən, onlardan üz çevirən və başqalarını da ondan döndərəndən daha zalım ola bilər? Tezliklə Bizim ayələrimizdən üz döndərən və (həmçinin) başqalarına da mane olanları üz döndərmələrinin və (başqalarına) mane olmalarının cəzası olaraq ağır bir əzabla cəzalandıracağıq.