Həmin o kəslərə ki, kiçik və təsadüfi günahlar istisna olmaqla, həmişə (dünyada şəri cəza, axirət üçün isə od vəd edilmiş) böyük günahlardan və (İslamda cəza təyin edilmiş) çirkin əməllərdən çəkinirlər. Sənin Rəbbinin əfvi doğrudan da genişdir. O sizi həm torpaqdan yaradanda, həm də analarınızın bətnində rüşeym halında olanda çox yaxşı tanıyır. Odur ki, özünüzü tərifləməyin. O, təqvalı olanı daha yaxşı tanıyır.