Və (öz tanrılarını üstün tutmaq məqsədi ilə) dedilər: «Bizim tanrılarımız yaxşıdır, yoxsa o? (Əgər o, tanrı və məbud olmuş olsa, allahlığa bizim tanrılarımız daha layiqdir.)» Bu məsəli sənin üçün yalnız (batil) mübahisə məqsədi ilə çəkdilər. (Çünki sən onun tanrılığını qəbul etməmisən.) Əslində onlar inadkar və davakar bir dəstədirlər.