You are here: Home » Chapter 41 » Verse 45 » Translation
← Sura 41 →
← Aya 45 →
45
وَلَقَد آتَينا موسَى الكِتابَ فَاختُلِفَ فيهِ ۗ وَلَولا كَلِمَةٌ سَبَقَت مِن رَبِّكَ لَقُضِيَ بَينَهُم ۚ وَإِنَّهُم لَفي شَكٍّ مِنهُ مُريبٍ

Ağabala Mehdiyev

Həqiqətən Biz Musaya (səma) kitab(ı) verdik. Beləliklə onun (qövmünün arasında kitabın qəbul edilməsi) barəsində ixtilaf düşdü. Əgər Rəbbin (tərəfin)dən keçmiş (hər bir ümmət üçün bir möhlətin olması barəsində əzəli elmdən keçərək Lövhi-Məhfuzda yazılmış) o söz olmasaydı, onların arasında (inkar edən kimi) mütləq (kütləvi əzab) hökm(ü) çıxarılardı. Doğrudan da onlar (həmin gün) Tövrat barəsində şübhə və tərəddüd doğuran şəkk içərisində idilər. Bunlar da (bu gün) Quran barəsində şübhə və tərəddüd doğuran şəkk içərisindədirlər.