Sonra, bu qəm-qüssənin ardınca, sizə xəfif bir yuxu şəklində rahatlıq nazil etdi. O, sizdən bir dəstəni bürüdü. Başqa bir dəstə isə yalnız öz canının hayında idi, Allah barəsində nahaq gümana-cahiliyyət dövrünə xas zənnə qapılırdılar. (Üzdə sənə) «görəsən, bu işdən (qələbədən) bizə də bir şey düşür?» deyirdilər. De: «Şübhəsiz, işlərin hamısı Allaha aiddir.» Onlar qəlblərində sənə aşkar etmədikləri bir şeyi gizlədirlər. (Ürəklərində və ya öz aralarında) deyirlər: «Əgər (verilən vədələr doğru olsaydı və) bu işdən (qələbədən) bizə də bir şey düşsəydi, biz burada öldürülməzdik!» De: «Əgər siz hətta öz evlərinizdə belə olsaydınız, şübhəsiz, (Lövhi-məhfuzda) barələrində öldürülmək yazılmış, qərara alınmış kəslər (döyüş meydanındakı) yataqlarına tərəf hərəkət edərdilər (ki, Allahın qəza-qədəri gerçəkləşsin) və Allah sizin sinələrinizdə olanı (niyyətlərinizi) yoxlasın və qəlblərinizdə olanı (imanınızı) xalisləşdirsin. Allah ürəklərdə olanı (sizin niyyətlərinizi) biləndir.