Əksinə, Biz haqqın vasitəsi ilə batilin başına vurarıq, (gedib) onun beyninə çatar. Beləliklə batil birdən məhv olar. (Aşkar tovhid dəlillərini və Quran ayələrini küfr və şirk əqidəsi üzərinə tökərik ki, onları tamamilə batil və puç etsin.) (Tovhid, peyğəmbərlik və məad barəsində) söylədiklərinizə görə vay olsun sizə!