Onlara «Allahın nazil etdiyinə (Qurana) iman gətirin» deyildikdə, «biz özümüzə göndərilənə (Tövrata) iman gətiririk» deyərlər. Ondan (Tövratdan) sonrakına kafir olurlar, halbuki o, haqq və əllərindəkinin təsdiq edənidir. De: «Əgər sizin (Tövrata) imanınız varsa, bəs nə üçün bundan əvvəl (bütün tarixiniz boyunca) Allahın peyğəmbərlərini öldürürdünüz?!»