You are here: Home » Chapter 2 » Verse 228 » Translation
Sura 2
Aya 228
228
وَالمُطَلَّقاتُ يَتَرَبَّصنَ بِأَنفُسِهِنَّ ثَلاثَةَ قُروءٍ ۚ وَلا يَحِلُّ لَهُنَّ أَن يَكتُمنَ ما خَلَقَ اللَّهُ في أَرحامِهِنَّ إِن كُنَّ يُؤمِنَّ بِاللَّهِ وَاليَومِ الآخِرِ ۚ وَبُعولَتُهُنَّ أَحَقُّ بِرَدِّهِنَّ في ذٰلِكَ إِن أَرادوا إِصلاحًا ۚ وَلَهُنَّ مِثلُ الَّذي عَلَيهِنَّ بِالمَعروفِ ۚ وَلِلرِّجالِ عَلَيهِنَّ دَرَجَةٌ ۗ وَاللَّهُ عَزيزٌ حَكيمٌ

Ağabala Mehdiyev

Talaq verilmiş qadınlar (aybaşıdan) üç paklıq müddətinə kimi gözləməlidirlər («iddə» saxlamalıdırlar, yəni üç dəfə aybaşı qanı görüb ondan təmizlənənə qədər gözləməlidirlər). Əgər Allaha və axirət gününə imanları varsa, Allahın onların bətnlərində yaratdığını (aybaşı qanını və ya övladı) gizlətmələri caiz deyildir (məsələn, üçüncü dəfə aybaşı olmasına baxmayaraq birinci ərinə qayıtmaq üçün onu inkar etməsi, yaxud üçüncü dəfə aybaşı olmamasına baxmayaraq əvvəlki ərinə qayıtmamaq üçün üç dəfə aybaşı olmasını iddia etməsi, yaxud başqa ərə getmək üçün bətnində övladın olmasını inkar etməsi halal deyildir). Əgər barışıq qəsdləri olsa («rici» təlaqdakı) «iddə» müddəti ərzində ərləri onları geri qaytarmağa (arvadlığa götürməyə başqalarından) daha haqlıdırlar. Qadınların boynunda kişilərin (talaq vermək, ləzzət almaq, gözəl davranmaq, başqa bir arvad almaq, səfərə çıxmağı qadağan etmək, övladın başçılığı, irs və sairə) haqları olduğu kimi (fitrət və şəriətin hökmü baxımından) kişilərin boynunda (da) onların (qadınların ləzzət almaq, dolanışığının təmin olunması, gözəl davranmaq və varislik kimi) bəyənilən hüquqları vardır. (Hüquqlar arasındakı kəmiyyət və keyfiyyət fərqlərinə əsasən) kişilərin onlardan üstünlükləri vardır. Allah qüdrətli və (yaradılış və şəriət məsələlərində məsləhəti daha yaxşı bilən) hikmət sahibidir.