Şübhəsiz, Biz sənin üzünün (bir işin baş verməsini gözləyən adam kimi) göydə o tərəf bu tərəfə çevrilməsini görürük və indi səni razı qalacağın bir qibləyə tərəf döndəririk. Odur ki, üzünü Məscidül-Hərama tərəf döndər. Harada olsanız üzünüzü ona tərəf döndərin. Həqiqətən, (səma) kitab(ı) verilmiş kəslər bilirlər ki, şübhəsiz, bu, (Kəbəyə üz tutmaq) onların Rəbbi tərəfindən olan bir haqqdır. (Çünki, onların kitabında İslam Peyğəmbərinin iki qibləyə namaz qılacağı vardır.) Allah onların etdiklərindən (müxalifətlərindən) qafil deyildir.