60وَإِذ قالَ موسىٰ لِفَتاهُ لا أَبرَحُ حَتّىٰ أَبلُغَ مَجمَعَ البَحرَينِ أَو أَمضِيَ حُقُبًاAğabala MehdiyevVə (yada sal) o zaman(ı) ki, (İmranın oğlu və İsrail övladlarının peyğəmbəri) Musa şagirdinə (öz canişini Nunun oğlu Yuşəyə) dedi: «Mən iki dənizin qovuşduğu yerə çatana və ya uzun bir müddət yol qət edənə kimi getməkdən dayanmayacağam».