You are here: Home » Chapter 9 » Verse 111 » Translation
Sura 9
Aya 111
111
۞ إِنَّ اللَّهَ اشتَرىٰ مِنَ المُؤمِنينَ أَنفُسَهُم وَأَموالَهُم بِأَنَّ لَهُمُ الجَنَّةَ ۚ يُقاتِلونَ في سَبيلِ اللَّهِ فَيَقتُلونَ وَيُقتَلونَ ۖ وَعدًا عَلَيهِ حَقًّا فِي التَّوراةِ وَالإِنجيلِ وَالقُرآنِ ۚ وَمَن أَوفىٰ بِعَهدِهِ مِنَ اللَّهِ ۚ فَاستَبشِروا بِبَيعِكُمُ الَّذي بايَعتُم بِهِ ۚ وَذٰلِكَ هُوَ الفَوزُ العَظيمُ

Ağabala Mehdiyev

Həqiqətən Allah möminlərin canlarını və mallarını onlardan Cənnətin onların olması bahasına alıb. (Bu malın verilmək tərzi belədir ki, onlar) Allah yolunda vuruşurlar, beləliklə, öldürürlər və öldürülürlər (və öz mallarından Allah yolunda xərcləyirlər). (Bu alver) Onun öhdəsində olan – (Onun əzəli elmindən başqa, həm də Lövhi-Məhfuzda qeyd olunmuş və alver sənədi kimi) Tövrat, İncil və Quranda (yazılmış) haqq bir vəddir. Allahdan başqa kim öz əhdinə daha vəfalıdır?! Buna görə də etdiyiniz bu alverə şad olun. Budur böyük uğur və qurtuluş!